Rusiya İranla ticarətin kəskin artacağını proqnozlaşdırırdı

DÜNYA 30 oktyabr 2024, 18:03
2025-ci ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsi təxminən 25% artacaq. Bu, ölkələr arasında ödənişlərin qurulması sayəsində mümkün olacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə TASS Rusiya-İran İşgüzar Şurasının sədri Leonid Lojeçkoya istinadən yazır.

“Bizim potensial ticarət dövriyyəmiz daha yüksəkdir. Biz bunu artıq 16-20 milyard dollar səviyyəsində görürük”, - deyə ekspert qeyd edib.

Lojeçko əlavə edib ki , ödənişlərlə bağlı çətinliklərlə yanaşı,  Rusiya Federasiyası ilə İran arasında ikitərəfli ticarətin artmasına əlverişsiz nəqliyyat logistikası mane olur. O vurğulayıb ki, Şimal-Cənub dəhlizinin qərb hissəsi tamamlanan kimi yük daşımaları 15 milyon tona yüksələcək.

Mehriban Mirzəzadə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 oktyabr 2024, 19:20
Top