Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni dərc olunmuş hesabatında 2023-cü ildə yoluxucu xəstəliklərdən ən çox ölüm nisbətinin qeydə alındığı xəstəlik açıqlanıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, xəstəliyin qarşısının alınması və müalicəsi üçün imkanlar olsa da, hələ də bu xəstəlikdən çox insan ölür.
Demokrat.az xəbər verir ki, ÜST-ün dərc etdiyi hesabata görə, vərəm 2023-cü ildə COVID-19-u ötüb keçib və yoluxucu xəstəliklərdən ölüm nisbəti ən yüksək olan xəstəlik olaraq qalıb.
Hesabatda qeyd olunur ki, qlobal miqyasda xəstəliyin aradan qaldırılması səyləri hələ də ciddi maneələrlə üzləşir. ÜST-ün məlumatına görə, keçən il təxminən 8,2 milyon insana vərəm diaqnozu qoyulub və müalicəyə göndərilib. Bu rəqəm təşkilatın 1995-ci ildə qlobal vərəm monitorinqinə başlamasından bəri qeydə alınan ən yüksək rəqəm olub və 2022-ci ildə bildirilən 7,5 milyon faktla müqayisədə kəskin artıb.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib: "Bu xəstəliyin qarşısını almaq, diaqnoz qoymaq və müalicə etmək üçün vasitələrə sahib olduğumuz halda vərəmin hələ də çox sayda insanın ölümünə və xəstəliyinə səbəb olması böyük qalmaqaldır".
2022-ci ildəki 1,32 milyon ölüm halı olsa da, 2023-cü ildə bu xəstəlikdən ölənlərin sayı 1,25 milyona düşüb, xəstəliyə yoluxanların ümumi sayı isə bir qədər artaraq 10,8 milyona çatıb. ÜST xəstəliyin azaldılması üçün qlobal hədəflərin və mərhələlərin geridə qaldığını və 2027-ci ilə qədər qarşıya qoyulan hədəflərə nail olmaq üçün əhəmiyyətli irəliləyiş tələb olunduğunu bildirib.
Aşağı və orta gəlirli ölkələr xəstəliyin 98 faizini daşıdığı halda, bu ölkələr əhəmiyyətli maliyyə çatışmazlığı ilə üzləşirlər. 2023-cü ildə yeni vərəm hadisələri ilə bildirilmiş hallar arasındakı fərq təxminən 2,7 milyon nəfərə qədər azalıb. COVID-19 pandemiyası zamanı - 2020 və 2021-ci illərdə bu rəqəm təxminən 4 milyon olub. ÜST həmçinin xəstəliyin dərmana davamlı formasının hələ də ictimai sağlamlıq böhranı yaratdığını bildirib.
Jalə
Demokrat.az