Erməni jurnalist ifşa edir: “Sərhəd zonasının tikintisində çoxlu sayda hindistanlılar iştirak edir”

XARİCİ SİYASƏT 30 oktyabr 2024, 12:29
“Sərhəd zonasının tikinti işlərində çoxlu sayda hindistanlı iştirak edir. Müdafiə naziri Suren Papikyan jurnalistlərə Tavus sərhəd zonasında işləyən hindistanlı fəhlələri göstəribmi?”.

Demokrat.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Tavus sərhəd zonasında inşa edilən istehkamların tikintisinə həm sərhəd kəndlərinin sakinləri, həm də çoxlu sayda hindlilər cəlb edilib.

“Tavus sərhəd zonasının istehkamlarında erməni-hindistan əmək qardaşlığı. Hindistan vətəndaşları bu işə ucuz maaşlı işçi qüvvəsi kimi cəlb edilirdilər. Tavus fəhlələrinin ifadəsinə görə, tikinti təşkilatları onlara gündə 12 min dram ödəyir. Hindlilərə nə qədər pul ödədikləri məlum deyil, lakin hindlilərə maaşdan əlavə nahar da verilir. Tavuş fəhlələrinin dediyinə görə, sərhəd zonasında tikililərdə işləyən hindlilər az-çox ermənicə danışırlar, onların bəziləri savadlıdır, tikintidə lazım olan miqdarda armatur və digər tikinti materiallarını hesablayırlar. Ötən həftə müdafiə naziri Suren Papikyan bir qrup jurnalisti Tavus sərhəd zonasına aparıb, nazir jurnalistlərə sərhəd zonasında işləyən hindistanlı fəhlələri göstəribmi?”, - deyə Sarkisyan qeyd edib. (Ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top