Pakistandakı səfirlik rusiyalı velosipedçinin qaçırılması ilə bağlı xəbərləri araşdırır

DÜNYA 28 oktyabr 2024, 20:59
Rusiyanın Pakistandakı səfirliyi  bu ölkədə Rusiya vətəndaşının qaçırılması ilə bağlı xəbərləri araşdırmağa başlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti- yə diplomatik nümayəndəlikdən məlumat verilib.

Səfirlik qeyd edib ki, Pakistanın Xayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda bir rusiyalının oğurlanması ilə bağlı xəbərlərin həqiqiliyini hələlik təsdiq edə bilmirlər.
“Diqqət, Xəbər” Telegram kanalının məlumatına görə , Taliban tərəfindən girov götürülən rus Vasili adlı Sankt-Peterburq sakinidir. "Mash" yazıb ki, söhbət səyahət bloggeri Vasya Şupaletsdən gedir. O, kiçik bir YouTube kanalını idarə edir və burada velosiped turu haqqında danışıb. O, artıq Hindistan , Asiya, Monqolustan , Əfqanıstandan keçib və Pakistanda səyahətini başa vurmaq üzrə idi. Lakin o, Şimali Vəziristanda əsir götürülüb.

KİV-in məlumatına görə, onun oğurlanmasında “Təhrik-e Taliban Pakistan” radikal islamçı təşkilatının üzvləri ola bilər. Onlar Əfqanıstan Talibanı ilə birləşmirlər, lakin NATO qüvvələrinə qarşı mübarizədə onlarla əməkdaşlıq edirlər . Yaraqlılar əsirlikdə olan turistin fotosunu dərc edib və onun azad edilməsi üçün fidyə qoyublar. Bildirilir ki, hazırda Rusiya səfirliyi səyyahın vətəninə qaytarılması ilə bağlı danışıqlar aparır.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top