Azərbaycanda tələbələr qəzaya düşdü — Ölən və yaralananlar var

HADİSƏ 25 oktyabr 2024, 08:33
Göygöldə ölümlə nəticələnən qəza olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Demokrat.az -a verilən xəbərə görə, "VAZ-21015" markalı avtomobillə "Opel" markalı avtomobil toqquşub.

Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar. 18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, sərnişinlər Gəncə şəhərindəki universitetlərin birində təhsil alan tələbələr olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top