Tovuza yasa gedən qardaşların meyiti tapıldı

HADİSƏ 25 oktyabr 2024, 10:39
Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib.

Demokrat.az xəbər verir ki, rayona qonaq gələn şəxslər dəm qazından boğularaq ölüb.

Belə ki, Bakıdan Tovuzun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Səhər saatlarında evdən onların meyiti tapılıb.

Bayramov qardaşlarının dəm qazından ölməsi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top