Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edildi

DAXİLİ SİYASƏT 16 oktyabr 2024, 11:55
Minatəmizləyənlər də güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməlidir.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Səbinə Salmanova deyib.

O həmçinin təklif edib ki, iş şəraitini və risk dərəcəsini nəzərə alaraq, minatəmizləyənlərə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verilsin:

"Təmsil olunduğum Əmək və sosial siyasət komitəsi ilə birgə bu məsələyə dair “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) dəyişiklik layihəsi hazırlana bilər". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top