"Şimali Koreya və Cənubi Koreya arasında baş verən son insidentlər əslində hazırda geosiyasi sferada gedən münaqişələr konteksində diqqət çəkir. Hazırda Rusiya-Ukrayna münaqişəsi davam etməkdədir. Rəsmi Moskva Kursk istiqamətindən əks hücum əməliyyatlarına başlayıb. Digər yandan Hizbullah və İsrail arasındaki gərginlik davam etməkdədir. Buna bağlı olaraq İsraillə İran arasında münaqişə də davam edir".
Bunları Demokrat.az-a politoloq Turan Rzayev Şimali və Cənubi Koreya münaqişəsini şərh edərkən deyib.
O bildirib ki, hazırda Şimali Koreya və Cənubi Koreya arasında münaqişə diqqət çəkir:
"Aydın məsələdir ki, Çin, Şimali Koreya, Rusiya və İran müəyyən işbirliyi içərisindədir. Müttəfiq deyə bilmərik, ancaq öz maraqları çərçivəsində münaqişələri alovlandırırlar. Rusiya faktiki olaraq cənubdaki İran-İsrail gərginliyindən istifadə edərək Kursk əməliyyatına başladı. Ötən gün Çin hərbi təlimlər keçirirdi. Bu təlimlər Çinin Tayvanı mühasirəyə aldığını göstərir. Digər yandan Şimali və Cənubi Koreya sərhəddində gərginlik olur. Bütün bunlar göstərir ki, Rusiya əməliyyatlar planladığı bir dövrdə digər münaqişələri də alovlandırır. Təsadüfi deyil ki, Koreyadaki münaqişədə birbaşa Rusiyanın da marağı var. Bir müddət öncə xəbər verildi ki, koreyalı hərbçilər Rusiyaya yardım məqsədi ilə Ukraynaya göndəriləcək. Rusiya bunlarla faktiki olaraq prezident seçkiləri zamanı ABŞ-ın başını müxtəlif regionlarda qataraq, Ukraynadan fikrini yayındırmağa çalışır. Proseslərin indiki seyri də bundan xəbər verir. Aydın məsələdir ciddi bir toqquşma olmayacaq. Kim Çen özünə totalitar rejim qursa da, sistem ilk uğursuzluqda çökə bilər. Bunu da riskə almazlar. Bu məsələdə daha çox Rusiyanın maraqları var".
Mehriban Mirzəzadə
Demokrat.az