Nasist işarəsinə görə həbs edildilər

DÜNYA 14 oktyabr 2024, 19:34
Rusiyanın İrkutsk vilayətində azyaşlıların qarda nasist simvolu çəkməsi gündəm olub.

Demokrat.az xəbər verir ki, çəkilən video ZHEL ILIM Telegram kanalı tərəfindən yayımlanıb. 

Hadisə oktyabrın 10-da axşam saatlarında Jeleznoqorsk-İlimsk hərbi şöhrət memorialında baş verib. Görüntülərə görə, iki gənc Rusiya Federasiyası ərazisində qadağan olunmuş nasist simvollarını yeni yağan qarda çəkiblər . Daha sonra onlar işlərinin nəticəsini mobil telefon kamerasına çəkiblər.

Region polisi artıq qanunu pozanların 16 və 17 yaşlı iki yerli kollec tələbəsi olduğunu müəyyən edib.Hazırda saxlanılan şəxslərlə yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlər işləyir. Yeniyetmələr hər şeyi etiraf edərək, hərəkətlərini düşüncəsizlik və zarafat etmək istəyi ilə izah ediblər. Onların hansı cəzaya məruz qalacağı məlum deyil.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top