2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb və bildirilib ki, onlardan 36 nəfər Çin, 5 nəfər Qazaxıstan, 4 nəfər Tacikistan, 1 nəfər Serbiya və 1 nəfər isə Rumıniya vətəndaşlarıdır. Həmin şəxslər Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62% (29 nəfər) artım deməkdir.
Əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alırlar.
Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki dövlətlərarası proqramla daha əvvəllər digər ölkələrdən Azərbaycanda təhsil almayan tələbələrə üstünlük verilir:
"Ölkə sayı ən azı xarici tələbə sayı qədər önəmlidir. Dünya reytinqində tələbələrin hansı ölkədən olduğu da göstərilir. Azərbaycanda adətən qonşu ölkələrin tələbələri təhsil almağa gəlirlər, amma sözügedən proqram Aftika, İslam ölkələrindən də tələbələri ölkəyə cəlb edir. Bu tələbələr daha çox magistr və phd oxumağa gələnlərdir. Həmin tələbələr məzun olduqdan sonra Azərbaycan diasporunun fəal üzvünə çevrilirlər. Öz ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişafına dəstək verirlər. Hökumətlərarası təhsiı proqramlarını həyata keçirmək dövlətin gördüyü işdir. Xarici tələbələrin cəlb edilməsi işində universitetlər də maraqlı olmalıdır. Müxtəlif mübadilə proqramları həyata keçirməklə xariciləri ölkə təhsilinə cəlb etmək olar. Türkiyə bu məsələdə bizə nümunə ola bilər. Qardaş ölkədə xarici tələbələr ümumi tələbə sayının 10 faizini əhatə edir. Xarici tələbələrin çoxalması təhsilin inkişafına da təsir göstərir. Xarici tələbələrin çox olduğu qruplarda tədris daha yaxşı, müasir metodlarla təşkil olunur".
Törə Zeynallı
Demokrat.az