Müavinət gec verildikdə vətəndaş hansı problemlə üzləşir?

GÜNDƏM 14 oktyabr 2024, 18:23
Vətəndaşlar bir çox hallarda dövlət qurumları tərəfindən onlara verilən müavinətin vaxtında əllərinə çatmamasındam şikayət edirlər. Bu kimi hallar, hətta ölümə görə ödənilər birdəfəlik müavinət üçün də keçərlidir. Müavinət gec verildikdə vətəndaş hansı problemlə üzləşir?

"Bəzi sosial müavinətlər, yardımlar həddən artıq bürokratik əngəllərlə vətəndaşa verilir. Bu süründürməçilikdən bezən bir çox vətəndaşlar pulu almaqdan imtina edirlər.  Müavinət vermək üçün çox sayda sənəd istəyirlər. İndi də bu hal ən çox birdəfəlik verilən dəfn pulu üçün baş verir. Vətəndaşın dünyasını dəyişməsi rəsmi olaraq təsdiq edilsə də müavinət verilmir. Dünyasını dəyişən şəxsin ölüm kağızına baxaraq, bir gün ərzində pulu vermək mümkün ola bilər. Pul cənazə sahibinə elə həmin günlərdə lazımdır. İmkansız  şəxslər var ki, yas mərasiminin xərclərini ödəyə bilmir. Borc alacaq qədər yaxını da yoxdur. Məclisi yola vermək üçün insanlara maddi yardım lazımdır". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib:

"Müavinətin verilməsi prosesi həftələrlə, aylarla uzanacaqsa, heç verilməsə yaxşıdır. Hər şeyin elektron olduğu bir dövrdə bu qədər sənədin istənilməsi rəzalətdir. Hər hansı bir sənədi 1 dəqiqə ərzində də vermək mümkündür. Bu kimi məsələlər həll olunmalıdır. Hansı ki, ASAN xidmət təcrübəsində bunu görürük. İnsanlar rahat şəkildə sənədləşməni yerinə yetirməlidir. 15 gün ərzində 5-6 idarə arasında qalaraq yox".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top