Britaniya İranın Kosmik Agentliyinə qarşı sanksiyalar tətbiq edir

DÜNYA 14 oktyabr 2024, 18:20
Böyük Britaniya İranın Kosmik Agentliyinə və ölkənin bir neçə generalına qarşı sanksiyalar tətbiq edib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Əbdülrəhim Musəvinin, briqada generalı Məhəmməd Hüseyn Dadrasın, İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidinin, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazeminin, kontr-admiral Həbibullah Səyyari və briqada generalı Əli-Məhəmməd Nainin aktivləri dondurulub. Onların Böyük Britaniyaya girişi də qadağan edilib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top