Yeniyetmə və gənclər arasında Açıq Respublika Turniri başa çatıb — FOTOLAR

İDMAN 14 oktyabr 2024, 18:05
Azərbaycan Alpinizm Federasiyası tərəfindən 12 oktyabr 2024-cü il tarixində yeniyetmə və gənclər arasında idman dırmanmasının boulderinq növü üzrə təşkil olunan Açıq Respublika Turniri yekunlaşıb.

Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarına aid idmançılar öz bacarıqlarını nümayiş etdirərək qüvvələrini sınayıblar. 

Müxtəlif yaş qrupları üzrə keçirilən yarışda 1-ci yerin qalibləri Nazim Yusifzadə, Aliya İbrahimbəyova, Rəsul Nəsir, Emiliya Adigamova və Rozliya Dubençova, 2-ci yerin qalibləri Fərhad Babayev, Xədicəyi Kübra Axundlu, Anatoliy Meniailov, Angelina Yermak, Soel Kim, 3-cü yerin qalibləri Salima Əliyeva, Murad İbrahimli, Həvva Yambulatova və Dəniz Əliyeva olub. Gərgin, maraqlı və həyəcanlı keçən yarışın sonunda qaliblər mükafatlandırılıb. 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top