“Veysəloğlu”da “Şirkət Yönətimi” adlı yeni kitabın təqdimatı oldu

BİZNES 14 oktyabr 2024, 17:21
Türkiyədə pərakəndə sektorunun tanınmış simalarından olan Sərvət Topaloğlunun “Şirkət Yönətimi” adlı yeni kitabı işıq üzü görüb. Sözügedən nəşrin Azərbaycandakı təqdimatı Veysəloğlu Şirkətlər Qrupunun mərkəzi ofisində baş tutub.

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov və rəhbər heyətin iştirak etdiyi tədbirdə kitab və rəqabət şəraitində uğur qazanmağın disturu [(D=s+r(8i+4k)2] barədə tədbir iştirakçılarına nəzəri məlumat verilib.

Kitab ətrafında müzakirələr zamanı Aydın Talıbov “Veysəloğlu”nun keçdiyi həyat yolu və qazandığı uğur modeli ilə təqdim olunan disturlar arasında paralellər apararaq, Sərvət Topaloğlunun öz fəaliyyəti və ərsəyə gətirdiyi kitab barədə maraqlı fikirlər səsləndirib və onun təqdim etdiyi biznesdəki uğur disturuna dəstəyini ifadə edib.

Qeyd edək ki, Türkiyədə maraqla qarşılanan bu kitabda müəllif Aydın Talıbovun biznes və pərakəndə sektorda qazandığı uğurlardan da ətraflı bəhs edib. Müəllif eyni zamanda “Veysəloğlu” şirkəti, onun fəaliyyəti barədə keçmiş xatirələrini bölüşüb.

Tədbir Sərvət bəyin iştirakçılara şəxsi imzası ilə kitabların təqdimatı və xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top