Arda Gülərin maaşı bu qədərdir

İDMAN 14 oktyabr 2024, 14:21
Ən çox qazanan gənc futbolçuların siyahısı açıqlanıb.

Demokrat.az
xəbər verir ki, siyahını futbol klublarının maliyyə vəziyyətini və oyunçu maaşlarını araşdıran "Capology" hazırlayıb.

Məlum olub ki, ən çox qazanan gənc futbolçu Uorren Zair-Emeridir. PSJ-nin üzvü həftədə 161 min 538 avro maaş alır.

İkinci pillədə Leni Yoro qərarlaşıb. "Mançester Yunayted"in futbolçusu həftədə 136 min 892 avro qazanıb.

İlk "üçlüy"ü Arda Gülər qapayır. "Real Madrid"də çıxış edən Türkiyə millisinin üzvünün həftəlik qazancı 100 min avrodur.

Ən çox qananan 10 gənc futbolçu:

1. Uorren Zair-Emeri (PSJ) - 161 min 538 avro
2. Leni Yoro (Mançester Yunayted) - 136 min 892 avro
3. Arda Gülər ​​(Real Madrid) - 100 min avro
4. Matis Tel (Bavariya) - 96 min 154 avro
5. Arçi Qrey (Tottenhem) - 89 min 277 avro
6. Endrik (Real Madrid) - 80 min avro
7. Pau Kubarsi (Barselona) - 76 min 923 avro
8. Vitor Roque (Real Betis) - 67 min 308 avro
9. Mark Quiu (Çelsi) - 59 min 518 avro
10. Yussufa Moukoko (Nitsa) - 57 min 692 avro

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top