Xəbər verdiyimiz kimi, Sumqayıtdan Bakı, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən ekspres avtobuslarda gecikmə qeydə alınıb. Sərnişinlər qeyd ediblər ki, Sumqayıt avtovağzalında avtobus tapmaqda çətinlik çəkirlər. Adətən, hər iki dayanacaqdan 10 dəqiqədən bir çıxmalı olan ekspres avtobuslar 20 dəqiqədən çox gecikib.
Problemə nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında münasibət bildirib. E.Cəfərov söyləyib ki, avtobusların hansı səbəblərdən gecikdiyi araşdırılmalıdır:
“Avtobusların gecikməsinin fərqli səbəbləri ola bilər. Ola bilər ki, tıxac səbəbilə avtobuslar gecikir, qrafikdən geri qalır. Bəzən marşruta buraxılan avtobus sayı azalır. Hava şəraiti səbəbindən də avtobuslarda gecikmə olur. Gecikmənin səbəbinə bilib daha sonra problemin həlli yollarını düşünməliyik. Yaxşı olar ki, daşıyıcı şirkət xəttə buraxdığı avtobusun nə üçün gecikdiyinə aydınlıq gətirsin”.
Törə Zeynallı
Demokrat.az