Sahibə Qafarova və Alen Simonyan bu həftə görüşəcək

SİYASƏT 14 oktyabr 2024, 09:57
Bu həftə İsveçrənin Cenevrə şəhərində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan arasında ikitərəfli görüş baş tutacaq.

Demokrat.az-ın məlumatına görə, görüş Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçiriləcək. 
 
Tərəflər Bakı ilə İrəvan arasında sülh müqaviləsini müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İsveçrədə səfərdədir.  
 
Xatırladaq ki, parlament sədrləri arasında son görüş mayda olub.  (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top