“Mən Fatimə kimin ailəsini dağıtmışam? İndi bunu saytlar yazacaq sosial şəbəkədə də izləyicilər başlayacaqlar xoşagəlməz şərhlər yazmağa. Mən Fatimə Fətəliyeva heç kimin ailəsini dağıtmamışam. Mən bilmirəm ki, insanlar niyə mənim haqda bu fikirdədirlər”.
Demokrat.az OLAY-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Xəbərin var?” gündəlik maqazin verilişindən deyib.
Sənətçi ikinci dəfə ailə qurması ilə bağlı sosial şəbəkədə izləyicilər tərəfindən yazılan neqativ dolu şərhlərə cavab verib:
“Elə insan var ki, alinmır və bir neçə dəfə ailə qurur. Onlara heç kim heçnə demir. Adi həyatda nələr baş verir. Mən bu şeyləri görüb, eşidəndə çox pis oluram. Mən oğlan övladının anasıyam. Mən gələcəyin əsgər anasıyam. Niyə axı siz bu cür şərhlər yazaraq övladlarımı travma ilə böyüdürsünüz. Olmaz! Sizin övladınız yoxdur? Necə siz belə neqativ şərhlər yaza bilərsiniz? Mən bu günə kimi hələ heç kimə pis bir şərh yazmamışam. Xoşuma gəlməyən, pis bir şey görsəm də belə heç bir şərh yazmamışam”.
Qeyd edək ki, Fatimə Fətəliyevanın birinci evliliyindən Aydan adlı qızı, ikinci evliliyindən isə Hüseyn adlı oğlan övladı var.