Çin Tayvan yaxınlığında hərbi təlimləri başa çatdırıb

DÜNYA 14 oktyabr 2024, 19:48
Çin ordusu Tayvan ətrafında hərbi təlimləri başa çatdırıb.

 Demokrat.az
xəbər verir ki, bu barədə PLA-nın Döyüş Komandanlığının Şərq zonasının nümayəndəsi Li Si bildirib.

“PLA-nın Şərq Döyüş Komandanlığı Zonası oktyabrın 14-də təlimi uğurla başa çatdırıb”, - deyə o vurğulayıb.

Li Si-nin sözlərinə görə, təlimdə ordunun inteqrasiya olunmuş birgə əməliyyatlara hazırlığı yoxlanılıb.

Qeyd edək ki, Çin ordusu və donanmasının Tayvan yaxınlığındakı təlimləri adanın kiçik hərbi qüvvələrini tükəndirmək məqsədi daşıyır.

Eyni zamanda, Çin ordusu ada yaxınlığında hərbi təlimlər keçirərkən Tayvan ordusu Hualien limanına gəmi əleyhinə raket qurğuları yerləşdirib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top