Azərbaycanda məşhur taksi xidməti külli miqdarda cərimələndi

GÜNDƏM 14 oktyabr 2024, 23:46

"Maxim" taksi sifarişi operatoru 20 000 manat məbləğində cərimələnib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər.

"Bellfast Baku" MMC ("Maxim" taksi sifarişi operatoru) AYNA tərəfindən cərimələnib.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə şirkət barəsində AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, taksi sifarişi operatorlarının fəaliyyətinə AYNA tərəfindən nəzarət elektron qaydada həyata keçirilir.

Şirkətlər öz informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürürlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top