Türkiyənin ən yaşlı insanı vəfat etdi

DÜNYA 14 oktyabr 2024, 09:06
Türkiyənin ən yaşlı insanı vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Kırıkkale şəhərinin Delice rayonunda yaşayan, 6 uşaq anası Arzu Sınıroğlu 117 yaşında vəfat edib.

O, 2020-ci ildə koronavirus infeksiyasına yoluxsa da virusa qalib gəlməyi bacarmışdı. Son illər səhhəti ilə bağlı bəzi problemlər yaşayan Arzunun evdə halı pisləşib və xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq, o müalicə aldığı xəstəxanada vəfat edib.

O, doğulduğu Kırıkalenin Elmalı kəndində dəfn olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top