Ermənistanda buğda qıtlığı

DÜNYA 13 oktyabr 2024, 10:44
Ermənistan buğda qıtlığı problemi ilə üzləşib.

Bu barədə Demokrat.az yerli mətbuata istinadən xəbər verir.

Ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əhalini strateji məhsul qıtlığının qarşısını almaq üçün buğda əvəzinə düyüyə keçməyə çağırıb.

Qriqoryan öz təklifini əsaslandırıb ki, Ermənistan ərzaq təhlükəsizliyinin keyfiyyətini yaxşılaşdırmalı, "yeni reallığa" uyğunlaşmalı və yeganə strateji məhsuldan asılılığlı dayandırmalıdır.

"Buğda strateji mal ola bilər, ancaq hansısa anda düyüyə keçə bilər, strateji mal olaraq düyüyə sahib ola bilərik", - Qriqoryan deyib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top