“Azeri Light”ın qiyməti 80 dolları ötdü

İQTİSADİYYAT 11 oktyabr 2024, 10:28
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.36 ABŞ dolları və ya 1.72% artaraq 80.38 dollarına bərabər olub.

Xatırladaq ki, ötən gün Azərbaycan nefti 79.02 dollara ticarət edilib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top