"Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır" — Deputat

GÜNDƏM 11 oktyabr 2024, 12:59
Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, xırda bələdiyyələrin dövlət borcları qalacaq: "Bələdiyyələrin borclarının ödənilməsi ilə bağlı hansısa addım atılması vacibdir. Bu, dotasiyaların verilməsi, güzəştlər və s. şəklində müəyyən edilə bilər”.

K.Bayramov həmçinin bələdiyyələrin icra aparatlarının formalaşdırılması ilə bağlı yeni mexanizmin hazırlanmasını da təklif edib: “Bu mexanizm də lazımsız ştatların yaradılmamasına təminat verməlidir".

Milli Məclisin Regional məsələlər komitəsininsədri Siyavuş Novruzov isə bildirib ki, dövlət büdcəsinin layihəsi müzakirə olunarkən bələdiyyələrin borclarının silinməsi məsələsi qaldırılmalıdır: "Biz bələdiyyələrin borclarının silinməsini və fəaliyyətlərinə sıfırdan başlamasını təklif etməliyik. Eyni zamanda nümunəvi ştat cədvəli hazırlanıb hər bir bələdiyyəyə verilməlidir. Çünki onların öz ixtiyarına buraxsaq, lazımsız ştatlar yaradacaqlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 14:37
11 oktyabr 2024, 14:34
Top