Mübariz Tağıyev: “Bundan da gözəl xoşbəxtlik ola bilər?” — VİDEO

İNCƏSƏNƏT 11 oktyabr 2024, 11:43

Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağıyev Böyük Qayıdışın doğurduğu yüksək əhval-ruhiyyəni ifadə etmək üçün özünün oxuduğu məşhur bir nəğmənin sözlərindən misal gətirir və deyir: “Bu bir ovuc qədər xoşbəxtlik yox e, bir qucaq sevincdir!”

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq,  Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində  sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Mübariz Tağıyevin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top