“Verilişdə bu nə biabırçılıqdır, bazardı elə bil” — Elvin

ŞOU-BİZNES 11 oktyabr 2024, 12:15
Müğənni Elvin Abdullayev ATV televiziyasında yayımlanan “Rəngarəng” verilişini tənqid edib.

Demokrat.az
OLAY-a istinadən xəbər verir ki,  sənətçi proqramda qonaq olan həmkarı Afət Fərmanqızının aparıcı tərəfindən kart hesabındakı məbləği göstərməsi olayına sosial şəbəkə hesabı vasitəsi ilə sərt şəkildə reaksiya bildirib. 

“Bu ATV-nin rəhbərliyi hara baxır? Bu nə biabırçılıqdı? Kartda olan və ya olmayan kimə maraqlıdır? Hələ üstündən fonda həyəcanlı mahnı da veriblər, guya nəsə var. Vallah, heç kimə lazım deyil. Bazardı elə bil. Bunlar hansı ildə qalıblar görəsən? Hicri qəmər tarixi ilə gedirlər? ”, - deyə Elvin yazıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top