Məişət zorakılığı ilə bağlı təkmil qanunvericilik bazası yoxdur? — RƏSMİ AÇIQLAMA

GÜNDƏM 10 oktyabr 2024, 11:44
“Məişət zorakılığı öz başlanğıcını gender bərabərsizliyindən götürür. Ailədaxili zorakılıq halları təkcə bir ailəni deyil, bütövlükdə cəmiyyəti təhlükə altına qoyur”.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki,  bu sözləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda hakim və vəkillər üçün keçirilən təlimdə deyib.

O bildirib ki, məişət zorakılığı ilə mübarizədə əsas olan təkmil qanunvericilik bazasının yaradılmasıdır:

"Məişət zorakılığı, sadəcə, hüquqi deyil, eyni zamanda, mənəvi, iqtisadi, psixoloji, cinsi zorakılığı özündə ehtiva edir. Bu səbəbdən məişət zorakılığı ilə mübarizə tədbirləri bir neçə istiqamətdə aparılmalıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top