Zaur Hüseynov işdən bu görüntülərə görə çıxarılıb? — VİDEO

GÜNDƏM 21 dekabr 2024, 18:00
Xəbər verdiyimiz kimi, ötən gün Bakı Metropoliteni QSC-nin rəhbəri Zaur Hüseynov vəzifədən azad edilib.

Demokrat.az axar.az-a istinadən xəbər verir ki, 2014-cü ildən metropolitenə rəhbərlik edən Zaur Hüseynovun vəzifədən azad edilməsinin səbəbləri sırasında metroda işin düzgün təşkil edilməməsi, qatarlar arasında intervalın artması, metroda ciddi sıxlığın yaranması və s. göstərilir.

Ötən gün “Sahil” metrosunda eskalatorlardan birinin sıradan çıxması, əvəzində ehtiyat eskalatorun vaxtında işə salınmaması səbəbindən metroya düşən sərnişinlərin girişdə qalması və böyük basabas yaranması ilə eyni vaxtda Zaur Hüseynovun vəzifədən azad edilməsi haqda sərəncamın verilməsi diqqət çəkib.

Sözügedən kadrları təqdim edirik:



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 22:30
Top