Bu gün Tbilisidə Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçirilib.
Yeniavaz.com “Novosti-Georgia”ya istinadən xəbər verir ki, 21 dekabr Saakaşvilinin doğum günüdür. Siyasətçinin 57 yaşı tamam oldu.
Günün ikinci yarısında bir neçə yüz tərəfdar və həmfikir Saakaşvilinin 2022-ci ilin mayında həbsxanadan köçürüldüyü “Vivamed” klinikasına toplaşıb.
“Avropaya yol açan prezident bu gün məhz qızılgül inqilabından sonra əldə edilən islahat nailiyyətlərinə görə təqib olunur. Biz bu tarixi ədalətsizliyə son qoymalı, bu milli biabırçılığa son qoymalı və ölkəni Avropanın inkişafı yoluna qaytarmalıyıq”, - deyə eks-prezidentin yaratdığı Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava bildirib.
Qeyd edək ki, 2013-cü ildə ikinci prezidentlik müddəti başa çatdıqdan sonra Gürcüstanı tərk edib. 2020-ci il sentyabrın sonunda, bələdiyyə seçkilərinə az qalmış Saakaşvili səkkiz ildə ilk dəfə gizli şəkildə Gürcüstana qayıdıb.
Saakaşvili Ukrayna vətəndaşıdır. 2016-cı ildə Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. Daha sonra o, Ukrayna prezidenti Vladimir Zelenskinin yanında islahatlar mərkəzinə rəhbərlik edib.
Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra eks-prezidentə qarşı vəzifə səlahiyyətlərini aşmaq ittihamı irəli sürülərək 4 cinayət işi açılıb. Bunlara dövlət vəsaitinin əyləncə xərclərinə sərf edilməsi, həmçinin cinayət törətməkdə təqsirli olan şəxslərin əfv olunması daxildir.
İki halda siyasətçi qiyabi olaraq üç və əlavə altı il müddətinə azadlıqdan məhrum edilib.