Keçmiş məcburi köçkün: Gözəl Şuşamız bizi gözləyir

GÜNDƏM 21 dekabr 2024, 09:06
"Bu gün köç karvanında olmaq, təntənə ilə yola salınmaq çox qürurverici və əvəzolunmaz hissdir. Gözəl Şuşamız bizi gözləyir".

Bu fikirləri "Report"a açıqlamasında bu gün Şuşaya köçən Rövşən Hümmətov söyləyib.

"Dövlətimiz məcburi köçkünlərə hər cür şərait yaratsa da, onların mənzil-məişət şəraitini yaxşılaşdırsa da, öz doğma yurdumuzda yaşamaq, orada yaratmaq hissi bir başqadır. İnanıram ki, hər şey daha gözəl olacaq.

Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik",- deyə keçmiş məcburi köçkün əlavə edib.

Xatırladaq ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 49 ailə - 191 nəfər doğma yurduna köçürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top