Namizədliyi qeydə alınan şəxs öldü

HADİSƏ 21 dekabr 2024, 17:53
“Bu günə qədər bələdiyyə seçkisində 755 nəfər namizəd kimi qeydə alınıb”.

Demokrat.az  “Oxu.az”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bir nəfər dünyasını dəyişdiyindən 754 nəfər namizəd qalıb:

“Ümumilikdə, 15 min 886 nəfər namizədlik üçün müraciət edib. 6 min 889 nəfər vərəqələrini götürüb. 2 079 nəfər isə imza vərəqələrini qaytarıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 22:30
Top