ABŞ senatorlarından həyasız təhdid

DÜNYA 21 dekabr 2024, 18:54
ABŞ senatorları Suriyanın şimalı ilə bağlı narahatlıqlarını əsas gətirərək Türkiyəyə qarşı sanksiya qanun layihəsini tərtib ediblər.

Demokrat.az
xəbər verir ki, onlar layihəni ABŞ Senatına təqdim ediblər.

Layihəni ABŞ-ın demokrat senatoru Kris Van Hollen və respublikaçı senator Lindsi hazırlayıb.

Layihə “2024-cü il Türkiyə Təcavüzünə Qarşı Mübarizə Aktı” adlandırılıb. 

İki senatorun birgə bəyanatında aşağıdakı ifadələr yer alıb:

“Türkiyənin dəstəklədiyi qüvvələrin suriyalı kürd tərəfdaşlarımıza qarşı hücumları regional təhlükəsizliyə və İŞİD-in dirçəlişinin qarşısını almaq səylərinə zərər verir. Biz bütün suriyalılar üçün vahid, əhatəli və sabit Suriya istəyirik. Bu məqsədə çatmaq üçün suriyalı kürd tərəfdaşlarımızı dəstəkləmək vacibdir”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 22:30
Top