Dünya

ABŞ: “Çin nüvə qüvvələrini artırır”

ABŞ: “Çin nüvə qüvvələrini artırır”

Çin Müdafiə Nazirliyi Pentaqonun ÇXR-in hərbi inkişafı ilə bağlı hesabatına etiraz edib.

Demokrat.az xəbər verir ki, bu barədə departamentin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.

“Dəlillər göstərir ki, ABŞ-ın hərbi strategiyası getdikcə qarşıdurma, hücum və avantürist xarakter alır”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar qlobal təhlükəsizliyə ən böyük təhdidə çevrilib.

Dekabrın 19-da ABŞ Müdafiə Nazirliyi illik hesabatını dərc edib. Hesabatda Çinin 2024-cü ilin ortalarına qədər 600-dən çox nüvə başlığına malik olduğu, 2030-cu ilə qədər isə onların sayının mini keçəcəyi bildirilir.

Pentaqon hesab edir ki, Çin ABŞ-la strateji rəqabətin artması fonunda nüvə qüvvələrini artırır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova