"Pinterest" yenidən cərimələnib

İKT 08 oktyabr 2024, 20:56
Moskvanın Taqanski məhkəməsi qadağan olunmuş məzmunu silməkdən imtina etdiyi üçün "Pinterest" foto hostinq saytını 3,5 milyon rubl cərimələyib. 

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, hostinq Rusiya İnzibati Xətalar Məcəlləsinin “sayt sahibi tərəfindən bu cür məlumatların silinməsi öhdəliyi Rusiya qanunvericiliyi ilə nəzərdə tutulduğu halda məlumatları silməməsi” maddəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilinib. 

"Pinterest" istifadəçilərə şəkilləri onlayn əlavə etmək, onları tematik kolleksiyalarda yerləşdirmək və digər istifadəçilərlə paylaşmaq imkanı verən sosial İnternet xidməti və foto hostinqdir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top