Yaponiya hakimiyyəti Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı siyasəti müəyyən edərkən ABŞ-dan asılı olmayaraq hərəkət edir.
Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bildirib.
"Bu, bizim ölkənin öz qərarıdır, biz ABŞ-ın dediklərinə qulaq asmırıq. Bunlar Moskvanın hərəkətlərinə haqq qazandırmayan Rusiya bəyanatlarıdır. Və bu o deməkdir ki, Tokio Ukraynanı dəstəkləməyə davam etməlidir"
İyun ayında Yaponiya 40-dan çox Rusiya şirkəti və 11 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib . Məhdudlaşdırıcı tədbirlərə məruz qalan müəssisələr arasında Rostec dövlət korporasiyasının tərkibinə daxil olan Tupolev ASC də var.
İyulun 23-də Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiyaya girişinə qadağa qoyub. Siyahıya “RAKUTEN” korporasiyasının təsisçisi Mikitani Hiroşi, “Toyota Motor” şirkətinin idarə heyətinin sədri Toeda Akio, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, eləcə də iri yapon şirkətlərinin top-menecerləri daxil edilib.
Mehriban
Demokrat.az