Tarot oxuyanlar və ekstrasenslər üçün ağır cəza tətbiq ediləcək

DÜNYA 08 oktyabr 2024, 13:59
Rusiyada ekstrasenslər, sehrbazlar və tarot oxuyanlar üçün ciddi cəza tətbiq ediləcək.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Vitali Milonov deyib.

Onun sözlərinə görə onlar ağırlaşdırıcı mövqedən mühakimə olunmalıdır. Ekstarasenslərim çoxu bu işdən gəlir əldə edir. 

Milonovun sözlərinə görə, cinayət və inzibati məcəllələr bu gün bu fəaliyyət sahəsinin nümayəndələri üçün cəzanın tam həcmini təmin etmir. Deputat qeyd edib ki, bir çox bədbəxt hadisələrin səbəbkarı onlardır.

“Xərçəngi cərrahiyyə ilə deyil, sehrlə müalicə etməyə qərar verən çoxlu insan var. Ona görə də hər bir cadugər əlavə olaraq 5-6 il müddətinə həbsxanaya göndərilməlidir”, - deyə deputat vurğulayıb.
Yaxın gələcəkdə sehrli xidmətlərin istənilən reklamına qadağa qoyulması planlaşdırılır.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top