Zaqatalada mağazada YANĞIN

HADİSƏ 06 oktyabr 2024, 12:57
Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 75 m² sahədə, içərisində ərzaq malları 65 m² sahədə və 3 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top