Azərbaycanda kişi bank borcuna görə özünü öldürdü

KRİMİNAL 05 oktyabr 2024, 12:24
Lənkəranda baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Göyşaban kəndində baş verib. Kənd sakini 32 yaşlı Röyal Nəsirli gecə saat 3 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.

Məlumata əsasən, onun banka olan borcunu ödəyə bilmədiyi üçün özünü öldürdüyü ehtimal olunur.

Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində üzə çıxacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top