İsrail ordusu yeni hərbi əməliyyata başlayıb

DÜNYA 06 oktyabr 2024, 12:28
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində yeni əməliyyata başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin teleqram kanalında məlumat verilib.

Ordu nümayəndələri HƏMAS hərəkatının bu sahədə əməliyyat imkanlarını bərpa etmək niyyətində olduğunu vurğulayıblar.

“401-ci və 460-cı briqadaların qoşunları ərazini uğurla mühasirəyə alıb və hazırda orada fəaliyyətini davam etdirir”, - məlumatda deyilir.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri artıq onlarla hərbi obyekti məhv edib. Bunlara silah anbarları, yeraltı infrastruktur daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top