İran bu ölkə ilə sərhədi bağladı — FOTO

DÜNYA 06 oktyabr 2024, 10:59
İran oktyabrın 4-dən Türkmənistanla sərhədini bağlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Turkmen.news" məlumat yayıb.

Qeyd olunub ki, türkmən sahibkarları, zəvvarlar və müalicə üçün qonşu ölkəyə gedən insanlar sərhəddən geri qaytarılır.

İran yük maşınlarının da iki keçid məntəqəsindən keçməsinə icazə verilmir.

Sərhədin bağlanmasının səbəbləri dəqiq məlum deyil.

Versiyalardan birinə görə, bu, İran və İsrail arasındakı gərginliklə bağlıdır.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top