Avropada da mənzillər bahalaşır — Ən çox qiymət artımı olan ölkələr

DÜNYA 05 oktyabr 2024, 23:13
Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlara əsasən, 2024-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində mənzil qiymətləri əvvəlki rüblə müqayisədə 1,9 faiz, 2024-cü ilin ikinci rübünə nisbətən 2,9 faiz artıb.

Aİ ölkələri arasında rüblük müqayisədə daha yüksək qiymət artımı Xorvatiyada (4,3 faiz), Portuqaliyada (3,9 faiz), İspaniyada (3,6 faiz), Bolqarıstanda (3,4 faiz), İtaliyada (3,2 faiz) artıb. Danimarka və Slovakiyanın hər birində qiymətlər 3 faiz yüksəlib.

Əvvəlki rüblə müqayisədə Macarıstanda ev qiymətləri dəyişməz qalıb, Fransa və Belçikada 0,2 faiz azalıb.

Birillik müqayisədə daha yüksək qiymət artımı Polşada (17,7 faiz), Bolqarıstanda (15,1 faiz), Litvada (10,4 faiz), Xorvatiyada (10 faiz), Macarıstan (9,8 faiz) və İrlandiyada (7,9 faiz) qeydə alınıb. / Sfera.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top