Qaxda maşın aşdı — Sürücü yaralandı

HADİSƏ 05 oktyabr 2024, 11:49
Qaxda avtomobil aşıb, sürücü xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə səhər saatlarında rayonunun Qıpçaq kəndi ərazisində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Qax rayonu İngiloy Kötüklü kənd sakini Berikaşvili Slava Maksimoviçin idarə etdiyi "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib,nəticədə maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top