Şəkidə narkokuryerlik edən şəxs tutulub — VİDEO

HADİSƏ 02 oktyabr 2024, 10:00
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 yaşlı Ramal Eyubov saxlanılıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Ondan 1 270 qram heroin və 2 300 qram marixuana aşkar olunub. Araşdırmalarla R.Eyubovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin narkotik vasitələri sifariş əsasında Qazax rayonuna çatdırmalı və bunun qarşılığında maddi gəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə R.Eyubov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top