“Vətənini sevən, xalqını xoşbəxt görmək istəyən, ölkəsinin inkişafını arzulayan hər bir Azərbaycan vətəndaşı bu gün şəhidlərin ruhunu hörmət hissi ilə anır, yad edir. I və II Qarabağ müharibəsində oğullarımızın göstərdiyi şüacəti hər zaman xatırlayır, unutmuruq. 27 sentyabr Anım Günü tarixi ona görə xüsusi tarixdir ki, xalq olaraq birləşib şəhidlərimizin xatirəsini anırıq, hamımızın ürəyi bu gündə bir döyünür, nəbzi bir vurur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında əslən şuşalı olan tanınmış jurnalist, yazışı-publisist Kərim Kərimli deyib. K.Kərimli vurğulayıb ki, suverenliyimizin təmin olunmasının verdiyi qüruru, torpaqlarımızın azad olunmasının bəxş etdiyi sevinci şəhidlərimizə, qazilərimizə borcluyuq:
“Şəhid və qazilərimizin göstərdiyi igidlik bu gün gənclərimizin vətənpərvər ruhda böyüməsinə əhəmiyyətli dərəcədə təsir edir. Amma fikrimcə, mümkün qədər standart ifadələrdən, şablon şüarlardan qaçmalıyıq. Onların qəhrəmanlığının arxasında dayanan amillərdən danışmalıyıq. Yeni nəsil şəhid və qazilərimizin keçdiyi yolu öyrənməlidir. Hər cəhətdən kamil vətəndaş, həm təhsil, həm fiziki, həm də mənəvi cəhətdən sağlam gənclik yetişdirməliyik.
“TEAS PRESS” nəşriyyat evində “Memorial – Vətən Müharibəsi Şəhidləri” adlı 3 cildlik kitab hazırladıq. 2 cild artıq hazırdır, təqdim olunub, hazırda 3-cü cild hazırlanır. Materialları hazırlayarkən şəhidlərimiz haqqında elə məlumatlar əldə edirdik ki, heyrətə gəlirdik. Gənclərimiz bunları bilməlidirlər. Şəhid və qazilərimizin müharibədə göstərdiyi igidlikliklər bütün cəmiyyətə aşılanmalıdır. Düşünürəm ki, bu məsələ ilə bütün aidiyyəti qurumlar, qeyri-hökumət təşkilatları məşğul olmalıdırlar”.
Törə Zeynallı
Demokrat.az