Bakıda 16 mərtəbəli binada baş vermiş yanğın söndürüldü — FOTOLAR(YENİLƏNDİ)

HADİSƏ 20 sentyabr 2024, 23:59

Bakının Nərimanov rayonunda baş verən yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

xxx

Bakının Nərimanov rayonunda binada yanğın olub.

APA xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən on altı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə ediliblər.

Məlumata görə, qarajda "Mercedes-Benz" markalı minik avtomobili yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top