"Həmin aparatlardan istifadə etdikdə diqqətli olmaq lazımdır" — Kredit ödənişlərindən komissiya çıxılır?

GÜNDƏM 20 sentyabr 2024, 18:28
“Milli ön”, “e-manat” ödəniş terminallarından kredit ödənişləri edərkən komissiya tutulması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu sistemlərdən kredit ödənişləri zamanı ümumi məbləğdən vəsait çıxılır. Vətəndaşlar qeyd edirlər ki, qəbzdə bu məbləğ göstərilmədiyi üçün kredit ödənişini bank əskik ödənilmiş kimi göstərir və vətəndaşın adı gecikmə siyahısına düşür. 

Bank mütəxəssəsisi Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. Ekspert bildirib ki, ödəniş aparatları vasitəsilə pul köçürmələri pulsuz deyil: 



“Burada müəyyən xidmət haqqı var. Sadəcə bu xidmət haqqını sistemə hansı tərəfin ödədiyi müzakirə mövzusu ola bilər. Xidmət haqqını pulu ödəyən, yoxsa, qəbul edən tərəf ödəyir – tərəflər bunu öz aralarında aydınlaşdırmalıdırlar. Bank və ya digər ödəniş köçürülən qurumlar sistemlə xidmət haqqının özləri tərəfindən ödəniləcəyi barədə razılığa gəlir. Belə olduqda sistem müştəridən xidmət haqqı tutmur. Bank da belə danışa bilər, amma bunu etməyə də bilər. Bu halda xidmət haqqını vətəndaş ödəyir və onun göndərdiyi pul vəsaitindən xidmət haqqı çıxılır. 

Həmin aparatlardan istifadə etdikdə diqqəli olmaq lazımdır. Xidmət haqqı o vaxt olmur ki, ödənişi gedib həmin bankın bankomatlarından edirsiniz. Bank bu halda komissiya çıxmır. “Milliön”, “e-manat” kimi sistemlər isə göstərdiyi xidmətə görə ödəniş alır. Onların xidmət haqqını isə banklar ödəmir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top