“Bu gün Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə baş tutdu. 30 il bundan əvvəl ölkəmizin iqtisadi və siyasi durumu olduqca acınacaqlı vəziyyətdə idi. Mövcud sistem və yaxud mexanizm dağılmış, yerindəsə heç nə qurulmamışdı. Beynəlxalq maliyyə və kredit təşkilatlarından asılı vəziyyətə düşmüşdük. İqtisadiyyatı toparlamaq, idarəetməni təşkil edərək ələ almaq üçün strateji xətt müəyyən etmək və qarşıya konkret məqsəd və hədəf qoymaq lazım idi, daha doğrusu tələb olunurdu”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.
P.Heydərov qeyd edib ki, 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə dünya miqyasında iqtisadi və siyasi mövqeyimizi möhkəmləndirməkdə, etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmağımızda əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” vasitəsitəsilə qarşımızda geniş yol açıldı:
“30 ildir ki, bu yolda irəliləyirik. Hansı ki, bu yolun bünövrəsini ümumilli lider Heydər Əliyev qoydu. Məhz, o dahi şəxsiyyət bu yolu seçdi, bu günki günümüzü uzaqgörənliyi ilə müəyyən etmiş oldu. “Əsrin müqaviləsi” öncə dünyanın 8 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) bir iştirakda birləşdirirdi. İlk günlərdən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və ARDNŞ ilə birgə işlərə başlandı. Saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün zəmin yaratdı. "Əsrin müqaviləsi" karbohidrogen ehtiyatları miqdarı və müvafiq investisiya həcminə görə dünyada bağlanan ən iri sazişlərdən oldu. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldi”.
P.Heydərovun sözlərinə görə neft sektorunun inkişafı sayəsində Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi:
“Cənubi Qafqazda ən nəhəng infrastruktur ölkə kimi tanımağa başladıq. Bir çox layihələrin ideya müəllifinə və icraçına çevrildik. Prezident İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində haqlı olaraq sual etmişdi ki, 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə idi?”
Ekspert onu da əlavə edib ki, 2017-ci ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı və bununla da“Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı:
“1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi, lakin ehtiyatlar proqnozları üstələdi. Real olaraq “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft mövcuddur. Yeni sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər ARDNF-yə 3,6 mlrd. dollar bonus ödəyəcəklər”.
Törə Zeynallı
Demokrat.az