Xəbər verdiyimiz kimi, ötən gün Dövlət statistika Komitəsindən verilən açıqlamada qeyd olunub ki, gənclərin 52,8 faizi şəhər yerlərində, 47,2 faizi isə kənd yerlərində yaşayır.
Maraqlıdır, gənclər niyə şəhərlərə üz tuturlar?
Məsələ ilə bağlı Demokrat.az-ın suallarına cavab verən sosioloq Mail Yaqub bildirib ki, urbanizasiya, şəhərə meyilli olmaq təkcə Azərbaycanda yox, bütün dünyada trenddir:
“Çünki şəhərdə imkanlar və şərait daha genişdir. Əyləncə imkanları geniş və həyat tərzləri daha fərqli, rəngarəngdir. Gənclərin də əksəriyyəti buna can atır. Azərbaycanda isə bunun daha fərqli bir məsələsi var. Hələ 1998-ci ildə Fransada futbol üzrə dünya çempionatı keçirildi. Orada balaca bir kənd haqqında sujet verirdilər. 10 min əhalisi var idi. Amma o balaca kənd Fransanın kənd təsərrüfatı sahəsində əsas stunlarından biri hesab olunur. Azərbaycanda bəs vəziyyət necədir? Bizim bölgələrdə iş imkanları varmı? Bizim investorlarımız bölgələrdə iş şəraitinin yaxşılaşması üçün lazımı tədbirlər görürmü? Əgər görülürsə, son illər təbii ki, bu sahədə tədbirlər görülüb. Amma nəticə o qədər də ürəkaçan deyil. Biz bölgələrdə kənd təsərrüfatını inkişaf etdirə bilərik. Bunu etsək orada gənclər üçün iş imkanları da geniş yayılacaq. Belə olmadığı təqdirdə gənclər daha çox şəhərdə yaşamağa üstünlük verəcək”.
Mehriban Mirzəzadə
Demokrat.az