XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı təbrik PAYLAŞIMI

XARİCİ SİYASƏT 20 sentyabr 2024, 08:34
20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Demokrat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında yer alıb.

"Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edir, qazilərimizə Allahdan şəfa diləyirik. Yaşasın Azərbaycan!", - paylaşımda deyilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top