Dünya çempionatının bombardiri vəfat etdi

İDMAN 18 sentyabr 2024, 23:40
Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Salvatore Skillaçi 60 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Yuventus"un mətbuat xidməti məlumat yayıb. 

Skillaçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Qeyd edək ki, hücumçu İtaliyanın "Messina", "Yuventus", "İnter" və Yaponiyanın "Jubilo İvata" klublarında çıxış edib. O, "Yuventus"la İtaliya və UEFA kubokunu, "İnter"lə isə UEFA kubokunu qazanıb. 

İtaliya milli komandasının heyətində 1990-cı il dünya çempionatında bürünc medal qazanan Salvatore 6 qolla turnirin bombardiri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top